Bu dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaq - Hökumətdən qərar

img

17-03-2021 [12:49]


Baş nazir “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb. 

Mia.az xəbər veirr ki, qərara əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasının doktoranturasına qəbul imtahanları zamanı STANAG sertifikatına malik olan namizədlər xarici dil imtahanından azad olunur.

Qeyd olunub ki, xarici dil üzrə beynəlxalq dil sertifikatı olan STANAG (Standardization Agreement 6001) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1- ci bəndindəki siyahıya daxil edilmədiyi üçün Dövlət İmtahan Mərkəzinin bazasına yerləşdirilməyib.

STANAG NATO-da dil səviyyəsinin qiymətləndirilməsi üzrə ən aparıcı mexanizm hesab olunur. NATO-nun bütün tərəfdaşlıq proqramlarına qoşulmuş ölkələr Alyans çərçivəsində keçirilən tədbirlərə cəlb olunan, eləcə də vəzifələrə təyin edilən zaman onlardan STANAG sertifikatı tələb olunur. Bu baxımdan, Silahlı Qüvvələrin şəxsi heyətinin dil bacarıqlarının STANAG əsasında mütəmadi qiymətləndirilməsi aparılır.

Bununla əlaqədar olaraq, STANAG sertifikatına malik olan namizədlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunkturasına (doktoranturasına) qəbul imtahanları zamanı xarici dil imtahanından azad olunması məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar qəbul edib.

İndiyə qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA