Deputat hökumətə belə sual verdi: "Kompensasiyanın artırılması mümkündürsə, bunu edə bilərikmi?"

img

16-03-2021 [16:25]


Yasamalda “Sovetski” adlanan ərazidə müəyyən quruculuq işləri görülüb, park salınıb, insanların istifadəsinə verilib. Ancaq müəyyən problemlər qalmaqdadır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, ərazidən hələ də köçməmiş bəzi vətəndaşlar verilən kompensasiyanın az olduğunu deyirlər: “Biz Yasamalı təmsil edən üç deputat vətəndaşlarla görüşürük. Onlara verilən kompensasiyanın artırılması mümkündürsə, bunu edə bilərikmi? Çünki dövlətin siyasətinin əsas prioriteti vətəndaş məmnunluğudur. Bu problemin kökündən həll edilməsi mümkündürmü?”/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA