Sabiq deputat: "Rövşən Əkbərovla dostam, ancaq birgə biznesimiz olmayıb"

img

16-03-2021 [15:37]


AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri, sabiq deputat Elton Məmmədov həbs edilən sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovla Ukraynada şərikli biznesinin olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir ki, Elton Məmmədov Demokrat.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:

"Bəzən mənə zəng edib soruşurlar ki, filan yerdə torpağınız var və sairə. Mənim onlara cavabım belə olur: əgər varımdırsa, satın, yarısı sizin olsun, yarısı da mənim. İndi mənim Ukraynada biznesim varsa, gedib onu tapsınlar, söz verirəm ki, yarısını onlara verəcəm. Mənim Rövşən Əkbərovla heç bir biznesim olmayıb, indi də yoxdur, bu barədə yazılanlar yalandır".

Elton Məmmədov Rövşən Əkbərovla dost olduğunu söyləyib: "Mənim Rövşən Əkbərovla uzun illərdən bəri sağlam dostuq münasibətim olub. Milli Qəhrəman kimi, ölkəmizin generalı kimi ona hər zaman hörmət bəsləmişəm, dövlət tərdbirlərində tez-tez görüşmüşük. Allah onun köməyi olsun. Rövşən Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA