Myanmada gərginlik artır - Öldürülən etirazçıların sayı 71-ə çatıb

img

15-03-2021 [17:44]


Myanmada martın 14-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində ölən aksiyaçıların sayı 71-ə çatıb.

Məlumatı “The Irrawaddy” yayıb.

Ölənlərin sayının artacağı istisna deyil.

Bildirilib ki, fevralın əvvəlindən indiyədək sutka ərzində ən çox aksiya iştirakçısı martın 14-də öldürülüb.

Qəzetin hesablamasına əsasən, hərbçilər hakimiyyətə gələndən aksiyaların dağıdılması zamanı 167 etirazçı qətlə yetirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR