"Neftçi" Honda ilə rəsmi müqavilə imzaladı - FOTO

img

15-03-2021 [17:08]


"Neftçi" klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə bağlayıb.

Mia.az xəbər verir ki, müqaviləyə klub prezidenti Kamran Quliyevlə 35 yaşlı yaponiyalı yarımmüdafiəçinin özü imza atıb. Hondaya 4 nömrəli forma təqdim olunub.

Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzaladıqlarını və qismət olarsa, daha da uzadacaqlarını bildirib. O, Hondaya yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına inam ifadə edib: "Sizə xoş gəlmisiniz" deyirəm. Ayağınız düşərli olsun".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA