“Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb

img

15-03-2021 [15:05]


“Nar” pandemiyanın davam etməsi ilə əlaqədar olaraq şagird, tələbə və müəllimlərin dərslərə onlayn qoşulması üçün təqdim etdiyi “TƏHSİL+” internet paketinin müddətini uzadıb.

Mia.az xəbər verir ki, aprelin sonuna qədər istənilən məkandan rahatlıqla “Microsoft Teams” və “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.

Qeyd edək ki, paket abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim edir. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777 nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. “TƏHSİL+” internet paketi haqqında ətraflı məlumat http://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA