Tərtərdə yığıncaq təşkil edən şəxslər cərimələnib - FOTO

img

15-03-2021 [11:51]


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.

Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə, 4 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA