Hesablama Palatasından istefa verən şəxslərin yerinə namizədlər kimlərdir? - SİYAHI

img

15-03-2021 [10:34]


“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Məlumata görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Bundan əlavə, Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Hesablama Palatasının icmal-analitik şöbəsinin müdürü Vəfa Allahverən qızı Mütəllimovanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov işdən çıxmaqla bağlı eyni gündə ərizə yazıblar. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR