Millimizin hücumçusu "Krasnodar"la müqavilə bağladı

img

14-03-2021 [15:39]


Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna keçib.

Məlumata görə, 27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.

O, əvvəllər "Lənkəran", "Fidan", "Zaqatala", Almaniyanın "Gerenberq", BƏƏ-nin "Abu-Dabi", Rusiyanın "Donçanka" və Rusiyanın "Yenisey" klublarının formasının geyinib. Təcrübəli forvard 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA