Yerevanda yenə toqquşma oldu: Prezidentin iqamətgahı qarşısında vəziyyət gərginləşib

img

14-03-2021 [00:17]


Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları ilə etirazçılar arasında növbəti toqquşma olub.

Bu barədə Ermənistan mətbuatı xəbər verir ki, hadisə baş nazir Nikol Paşinyan iqamətgaha daxil olmaq istəyən vaxt qeydə alınıb. Belə ki, etirazçıların bir qismi Paşinyanın prezident iqamətgahına daxil olmasının qarşısını almağa çalışıb. Bu zaman onlarla polis əməkdaşları arasında toqquşma başlayıb.

Qeyd edilir ki, bundan sonra prezident iqamətgahının qarşısında vəziyyət daha da gərginləşib.

Ermənistan müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın üzvləri prezident iqamətgahı qarşısında toplaşıblar. Bununla əlaqədar əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib. Etirazçılar "Nikolsuz Ermənistan" şüarlarını səsləndiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR