Media rəhbərləri Ağdamda Cümə məscidi ilə Şahbulaq qalasına baş çəkiblər

img

13-03-2021 [17:52]


Ağdamda səfərdə olan media, QHT rəhbərləri və sosial media aktivistləri işğaldan əvvəl Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər.

Teatrın binası erməni vandalları tərəfindən darmadağın edilib. Media, QHT rəhbərləri və sosial media aktivistləri daha sonra Ağdamda Cümə məscidini ziyarət ediblər.

Ağdamda səfərdə olan media, QHT rəhbərləri və sosial media aktivistləri Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasında olublar.

Məlumata görə, ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar. Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.

Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA