Daha bir İcra Hakimiyyətində Qarabağ döyüşçüsünə vəzifə verilib - FOTO

img

13-03-2021 [16:01]


Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, bu vəzifəyə Vətən müharibəsi iştirakçısı Musayev Mahir Seyidağa oğlu təyin edilib.

Qeyd edək ki, M.Musayev erməni təxribatçılarına qarşı döyüş bölgələrində baş kəşfiyyatçı olaraq göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA