Nazirliklə “Doktor Davud” klinikası arasında məhkəmə qalmaqalı yaşanır

img

13-03-2021 [11:41]


Səhiyyə Nazirliyi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə “Davud LTD” MMC (“Doktor Davud” özəl klinikası) barədə inzibati protokol tərtib edib.

Məlumata görə, Yasamal Rayon Məhkəməsi klinikanın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə edilməsi barədə qərar çıxarıb.

“Davud LTD” MMC qərardan apellyasiya şikayəti verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA