ÜST: "“Astra Zeneca” peyvəndinin istifadəsini dayandırmağa əsas yoxdur"

img

12-03-2021 [17:19]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndləmə üçün “Astra Zeneca” şirkətinin dərmanından istifadəni dayandırmaq üçün tutarlı əsas görmür.

Bu barədə ÜST-nin sözçüsü Marqaret Harris brifinqdə bildirib.

“Avropanın tibb agentliklərinin təhlükələrin müşahidə və dəyərləndirilməsinə dair komissiyasının mövqeyi həmin peyvəndin ziyandan çox fayda verməsindən ibarətdir. Həmçinin ÜST-nin Dərmanların Təhlükəsizliyinə dair Məşvərət Komitəsi də bütün peyvəndlərin təhlükəsiz olub-olmadığını müəyyənləşdirir. Onlar hazırda “Astra Zeneca”ya dair xəbərləri təhlil edirlər”, - təşkilat rəsmisi qeyd edib.

Xatırladaq ki, sözügedən peyvəndin tətbiqi nəticəsində qan laxtalanması hallarının yaranmasına dair xəbərlər üzündən Danimarka, Norveç, İslandiya, sonra da Bolqarıstan həmin dərmanın istifadəsini müvəqqəti dayandırıb.

Hazırda məsələnin ekspertlər tərəfindən ətraflı araşdırıldığını bildirən ÜST sözçüsü martın 9-na olan vəziyyətə görə dünyada “Astra Zeneca” peyvəndinin 268 milyon dozasının istifadə olunduğunu, bununla bağlı ölüm halları barədə məlumat alınmadığını diqqətə çatdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA