Azərbaycan millisinə yeni oyunçu cəlb olunub

img

12-03-2021 [16:48]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu cəlb olunub.

Məlumata görə, Türkiyənin "Bayrampaşaspor" klubunun müdafiəçisi Samet Karakoç yığmanın martın 14-də start götürəcək toplanışında iştirak edəcək.

19 yaşlı futbolçu hazırlıq prosesinə martın 18-də qoşulacaq. Təlimlər martın 29-dək davam edəcək.

Qeyd edək ki, "Bayrampaşaspor"un yetirməsi olan Samet Karakoç ötən il klubu ilə peşəkar müqavilə imzalayıb. Gənc futbolçu cari mövsümdə 10 oyunda meydana çıxıb.

Türkiyə III liqasının 4-cü qrupunda mübarizə aparan "Bayrampaşaspor" 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA