Bu rayonda polis gücləndirilmiş iş rejiminə keçib

img

12-03-2021 [16:42]


Xızıya qarın yağması ilə əlaqədar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Mia.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir.

Bundan əlavə şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməklikləri göstərirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA