Əfv üçün daha çox hansı məhkumlar müraciət edib? - Detallar

img

12-03-2021 [15:42]


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

Məlumaat görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən mülkiyyət, sağlamlıq əleyhinə, iqtisadi, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Bundan əlavə, iclaslarda yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə də baxılıb.

Qeyd edək ki, indiyədək Komissiyada baxılan müraciətlərin sayı 850-dən çoxdur. Komissiya baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA