Şirvanda külək ağacı maşının üstə aşırdı - FOTO

img

12-03-2021 [15:30]


Şirvanda küləkli hava bir sıra fəsadlar törədib.

Məlumata görə, Şirvanda yağışlı və küləkli hava şəraiti ağacların aşmasına səbəb olub. Dəmir yolu keçidinin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb.

Hadisə yerinə Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları çəlb olunub. Xüsusi avadanlığın köməyi ilə  ağac qaldırılıb və avtomobil ağacın altından çıxarılıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA