Putin: "Rusiyanın o regionda böyük marağı, çoxlu dostu və tərəfdaşı var"

img

12-03-2021 [17:49]


Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə Yaxın Şərq regionunda baş verən proseslər müzakirə olunub.

Müşavirədə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və müdafiə naziri Sergey Şoyqunun məruzələri dinlənilib.

V. Putin Rusiyanın ənənəvi olaraq Yaxın Şərq regionuna böyük diqqət ayırdığını söyləyib: “Bizim orada böyük marağımız, çoxlu dostumuz və tərəfdaşımız var. Bu, xarici iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün perspektivli, bizim üçün ənənəvi dost regiondur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR