DİM elektron xidmətlərini müvəqqəti dayandıracaq

img

12-03-2021 [10:00]


Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA