DÇ-2022: Malta - Rusiya matçı baş tutmaya bilər

img

11-03-2021 [21:08]


Malta və Rusiya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununun keçirilməsi sual altına düşüb.

Malta mətbuatının məlumatına görə, qarşılaşma baş tutmaya və ya başqa ölkədə oynanıla bilər.

Buna səbəb Maltada pandemiya ilə bağlı bütün idman tədbirlərinin aprelin 11-dək qadağan olunmasıdır. Yerli futbol assosiasiyası hökumətdən bu görüş üçün istisna tətbiq olunmasını xahiş edib. Lakin hələlik son qərar verilməyib.

Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də keçirilməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA