Qarabağ qazisinə İcra Hakimiyyətində yeni vəzifə verilib

img

11-03-2021 [17:33]


Qax Rayon İcra Hakimiyyətinin başçısı Qarabağ qazisinə İcra Hakimiyyətində yeni vəzifə verib.

Məlumata görə, Vətən mübaribəsi iştirakçısı Malik Yusif oğlu Həmzəyev RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, hazırda ehtiyatda olan baş leytenant Malik Həmzəyev 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA