Bakıya və rayonlara qar yağacaq - Proqnoz açıqlandı

img

11-03-2021 [13:23]


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Martın 12-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-4 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı hava şəraiti və temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA