“Dedim ki, biləyimdəki o saatı açın, qolum heç oldu...” - Rayon prokuroru qol saatını qaziyə bağışladı - FOTOLAR
10-03-2021 [20:12]
Bu gün, 10 mart 2020-cil tarixində Qusar rayonunda, İkinci Vətən Müharibəsi ilə görüşdə çox təsirli, çox kövrək, çox duyğulu, çox kövrək anlar yaşanıb.
Belə ki, Qusar rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Əbdürrəhimov, rayon prokurorluğunun müstəntiqi Rahim Zülbalayev, prokurorluğunun digər əməkdaşları Aqil Hüseynov, Ramin Məhsimovdan ibarət nümayəndələr saat 12 radələrində, həm də Novruz bayramı ərəfəsində rayonun Atluxan kəndində yaşayan İkinci Vətən Müharibəsi iştirakçısı, Qazi, 29.08.1998-ci il təvəllüdlü Abıyev İlkin Elxan oğlu ilə onun evində görüş keçiriblər.
Qazi İlkin Abıyev Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsinin çavuşu kimi MAXE-hərbçi, həmçinin, 27.09.2020-ci il tarixdə 44 günlük İkinci Vətən müharibəsinin ilk gündən iştirakçısı olub.
Qazimiz cəbhənin Füzuli, Hadrut, Şuşa istiqamətlərində gedən hərbi döyüşlərdə iştirak edib.
Müharibənin başa çatmasına cəmi 4 gün qalmış, 04.11.2020-ci il tarixində Şuşa yaxınlığında minaya düşməsi nəticəsində sol qolunu itirib.
Görüş zamanı rayon prokuroru Elxan Əbdürrəhimov Şəhid ailələri və Qazilərə dövlət qayğısından danışaraq, onların daim diqqət mərkəzində olacaqlarını, ehtiyacı olan bütün Qazilərə dövlət tərəfindən daima lazımi kömək göstəriləcəyini nəzərinə çatdırib.
Gprüşdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 25.02.2021-ci il tarixdə Bakı şəhəri, Ramana qəsəbəsində açılışı olmuş yaşayış kompleksində Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışından iqtibaslar gətirərək, dövlət başçısı tərəfindən cari ilin yanvar ayında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox Şəhid ailəsi və müharibə əlilinin mənzil, fərdi evlə təmin ediləcəkləri, Qazilərə tibbi yardım göstərilməsi üçün Bakı şəhəri, Şağan qəsəbəsindəki reabilitasiya mərkəzinin fəaliyyət göstərəcəyi, orada minlərlə Qazinin hər il müalicə alacağı, reabilitasiya kursu keçəcəyi və öz sağlamlıqlarını bərpa edəcəyi haqqında məlumat verilib.
Daha sonra müharibə dövründə əlini, qolunu itirmiş Qazilərimiz üçün də ən müasir protezlərin xarici dövlətlərə sifariş verildiyi, Qazilərimizin bu cür protezlərlə təmin ediləcəyi, artıq bir çox qazilərimizin belə protezlərlə təmin edildiyi və onların normal həyata qayıtdığı söylənilib.
“Bizim hərbçilərimiz, Şəhidlik zirvəsinə ucalaraq öz vətəndaşlıq borclarını şərəflə yerinə yetiribllər, çoxsaylı əsgərlərimiz, zabitlərimiz müxtəlif dövlət orden və medalları ilə təltif ediliblər”- deyə görüşdən sonra bildirilib.
Qeyd etdiyimiz kimi, görüş zamanı maraqlı, duyğulu anlar yaşanıb.
Belə ki, Qazi İlkin Abıyev çox böyük ruh yüksəkliyi ilə müharibədə keçdiyi döyüş yolundan, Ali Baş Komandan İlham Əliyevin ətrafında müsəlləh əsgər kimi səfərbər olaraq keçdikləri rəşadətli döyüşlər barədə danışarkən Şuşa şəhəri ətrafında gedən döyüşlərdə gözləmədiyi halda qəflətən minaya düşdüyünü və sol qolunu itirdiyini bildirib.
Qazi İlkin Abıyev həmin anı belə xatırlayıb:
“Şuşa şəhəri ətrafında döyüşlərdə qəflətən minaya düşdüm, həmin an sol qolumun hara düşdüyünü tapa bilmədik. Döyüşçü yoldaşlarım dərhal mənə ilkin tibbi yardım göstərərək qanaxma olmaması üçün qolumun qopan yerindən sarımağa başladılar. Mən isə dedim ki, heç olmasa, qopub düşən qolumu tapın, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı açın götürün. Saatı min cür əziyyətlə almışam, həmin saatı müharibədən bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətində xidməti təlimdə olarkən pulumu sıxışdırıb almışdım. Lakin nə qolumu, nə də saatı tapa bilmədik”.
Bundan sonra rayon prokuroru Elxan Əbdürrəhimov öz qolundakı saatı qolundan açaraq qazi İlkin Abıyevə hədiyyə kimi təqdim edib və saatı onun sağ qoluna bağlayıb.
Bu anlar həm Qazinin, həm onun ailə üzvlərinin, həm də görüşdə iştirak edənlərin hamısında çox duyğulu və xoş hisslər yaradıb.
Qazi İ.Abıyev bildirib ki, bu saatı xatirə olaraq həmişə özündə saxlayacaq.
Kamil HƏMZƏOĞLU,
Etikxeber.az
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib