Bakıda koronavirusa görə bağlanan məktəb açılıb

img

10-03-2021 [14:58]


Bakıda koronavirusa görə bağlanan məktəbdə martın 10-dan etibarən əyani tədris bərpa olunub.

Bunu Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Laçın rayon Binə ümumi orta məktəbinin direktoru İmran Əmrahov deyib.

Onun sözlərinə görə, təhsil ocağı 14 günlük fasilədən sonra yenidən fəaliyyətini davam etdirir.

İ.Əmrahov eyni zamanda özünün və məktəbdə çalışan bir neçə işçinin də koronavirusa yoluxduğunu bildirib: “Hazırda xəstəxana şəraitində müalicəm davam edir. Səhhətim normaldır və təkrar testin cavabını gözləyirəm”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA