Paşinyan nəhayət, istəyinə nail oldu, Baş Qərargah rəisi istefa verdi: "İndiki vəziyyətdən çıxmağın yeganə yolu..."

img

10-03-2021 [13:28]


“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses antikonstitusiondur”.

Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o qeyd edib.

O.Qasparyan konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.

Baş Qərargah rəisi başqa statusla Silahlı Qüvvələrdə xidmət etdiyini bildirib. O yeni vəzifəsi barədə məlumat verməyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR