Azərbaycanda daha bir məktəb COVID-19-a görə bağlanıb

img

09-03-2021 [23:07]


Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.

Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA