Rus səfirin qətlində ittiham olunanlara hökm oxundu - 5 nəfərə ömürlük cəza verildi

img

09-03-2021 [18:37]


Türkiyənin Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işi üzrə 6 nəfərin 5 ildən 9 ilədək azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28 müttəhimdən 5-nə bəraət verilib.

Məlumata görə, daha 5 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey KarlovAnkarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib.

Onu da qeyd edək ki, səfiri güllələyən polis Mövlud Mərd Altundaş da elə hadisə yerində polis tərəfindən öldürülmüşdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR