Gürcüstana qanunsuz mal idxal edən Azərbaycan vətəndaşı cərimələnib

img

09-03-2021 [15:39]


Gürcüstanın “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşına məxsus yük maşını saxlanılıb.

 Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Nəqliyyat vasitəsində aparılan ətraflı axtarış zamanı gömrük nəzarətindən gizlədilən mobil telefonlar və müxtəlif adda məişət əşyaları tapılıb.

Bəyan edilməmiş malların gömrük dəyəri 3 409 lari təşkil edib.

Qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşına qarşı malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA