Türkiyə yeni uzaqmənzilli raketini sınaqdan keçirdi - VİDEO

img

09-03-2021 [13:56]


Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.

"HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o, deyib.

Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR