Deputat icra başçılarının seçki ilə müəyyənləşməsini istəyir: “Azərbaycan Avropa Şurasında seçkili merləri olmayan yeganə ölkədir”

img

09-03-2021 [12:59]


“Azərbaycan Avropa Şurasında seçkili merləri olmayan yeganə ölkədir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib.

Onun sözlərinə görə, Azərbaycanda paytaxt “Bakının statusu haqqında” qanun qəbul edilməlidir: “Mən payız sessiyası dövründə belə bir qanun layihəsini hazırlayıb parlamentə təqdim edəcəm”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA