Dörd aydan çox komada qalan şəhid dəfn olunub

img

09-03-2021 [13:14]


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.

O, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!

***

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

Mia.az Report-a istinadla xəbər verir ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Həkimlərin səylərinə baxmayaraq, C. Babəkin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR