Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb

img

08-03-2021 [09:56]


Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən, barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR