Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək

img

06-03-2021 [19:00]


Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkatı”nın nümayəndələri dövlət başçısının təşəbbüsü ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın fərmanını müzakirə etmək üçün Ermənistan prezidenti Armen Sarkisyanla növbəti görüş keçirəcəklər.

“TASS” xəbər verir ki, bunu müxalifətin rəsmi nümayəndəsi İşhan Saqatelyan bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Bildirilib ki, Armen Sarkisyan martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmə 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:59 21.04.2021

Rusiya ABŞ-a nota verib