Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-03-2021 [00:09]
Qoç - yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş, tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı unudun.
Şəxsi münasibətlərdə hisslərin əsirinə çevrilməyin. Demək istəmədiyiniz sözləri söyləməyin.
Günün ikinci yarısında durum bir qədər də kəskinləşəcək. İşlərin tələb etdiyi nüansları qulaqardına vurmayın. Yalnız özünüzü düşünməyin.
Eyni vaxtda bir neçə istiqamətdə çalışmaq olar.
Buğa - bu gün diqqət mərkəzində olmamağa çalşıın. Yaxın ətrafınızdakı insanlara yardım edin, qayğıkeş olun. Eqoist, təşəxxüslü insan təsiri bağışlamayın. İşdə rəhbərliyin tövsiyələrini səbrlə dinləyin.
Günün ikinci yarısında yeniliklər və dəyişikliklərlə bağlı tələsik qərar verməyin. Bütün diqqətinizi bir qədər əvvəl başladığınız işlərə yönəldin. Son xəbərləri, təklifləri, ideyaları dəyərləndirin.
Axşam saatlarında rahat istirahətə üstünlük verin.
Əkizlər - hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri heç bir səbəb olmadan dramatikləşdirməyin.
Günün ikinci yarısı yeni layihə ilə bağlı çalışmalar üçün əlverişlidir. Uğur məhsuldarlığınızdan, zəhmətkeşliyinizdən asılıdır. Olaylara süni təkan verməyin. Axşam saatlarında stressdən qurtulun. Heç yerə tələsməyin.
Xərçəng - mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir. Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılın sizdə məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni nüanslar əlavə edin.
Günün ikinci yarısında ailə problemləri ilə yaxından məşğul olun. İntuisiyanıza güvənin. Həddən artıq vaxt və qüvvə itkisi tələb edən işləri təxirə salın. Axşam saatlarında yaşam arealında qayda yaradın. Alış-verişdə bədxərclik etməyin.
Şir - müstəqil çalışmaq, təkbaşına fəaliyyət göstərmək niyyətiniz alınmaya bilər. Anlaşılmazlıqlar, münasibətlərdə qəfil dönüşlər istisna deyil. Hisslərinizə hakim olun. Düşündüklərinizi aktiv izhar etməyiniz mövcud situasiyadakı müvazinəti poza bilər.
Günün ikinci yarısında yeni qərarlar aramağa başlayın. Baş verənlərə münasibədə aqressiv davranmayın.
Yeni həll variantları təklif edin. Axşam saatları sizi planlardan boyun qaçırmağa vadar edəcək. Addımlar və qərarlarınızın sonuclarını hesablamağa çalışın.
Özünüzü sığortalayın.
Qız - işlərinizə ifrat maraq göstərən insanlardan çəkinin. Emosiyaların əsiri olmayın, cazibədar təkliflərə aldanmayın. İfrata varmaq səhhətinizə və maliyyə durumunuza zərbə vura bilər.
Yaxın ətrafınızdakı insanları aldatmayın. Başladığınız işi diqqətlə, səliqə ilə görün. Dəqiq olun. Vədələşdiyiniz görüşə gecikməyin. Yollarda ehtiyatlı olun. Travma riski var.
Günün ikinci yarısında gərginlik artacaq. Mübahisələrə əsla qatılmayın. Problemlərin həll yollarının axtarışında orijinal metodlardan yararlana bilərsiniz.
Axşam saatlarında ev işlərini və ailə qayğılarını unutmayın. Stressdən qurtulmağa çalışın.
Tərəzi - mürəkkəb, qarışıq gündür. Qeyri-müəyyənlik hissinin yaranması, niyyət və istəklərin xaosu istisna deyil. Ani maraqları təxirə salın, perspektivləri düşünün. Seçim çətinliyi mühüm işi bitirməyə mane olmamalıdır.
Yeni istiqamətdə hərəkətə başlayın.
Günün ikinci yarısında gərgin situasiyada münasibətləri aydınlaşdırmağa çalışmayın. Perspektivlər dumanlı, gərəkli məcrada qarşılıqlı anlaşma çətin olsa da, geri çəkilməyin. Səhvlərin nəticələrini aradan qaldırmağa vaxt var.
Axşam saatlarında kompromis arayın, gərginliyi aradan qaldırın.
Əqrəb - günün ilk yarısındakı situasiya ciddi emosional laubələr və təbəddülatlar yarada bilər. Yaranan yeni imkanlardan istifadə edin. Şansı əldən buraxmayın. Xırda məsələlərlə məşğul olsanız, əsas işi başa vura bilməyəcəksiniz.
Önəmli saydığınız planı gerçəkləşdirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara anladın ki, işlərinizi ön plana çıxarıbsınız. Tələblər və təzyiq yolverilməzdir.
Axşam saatalarında yaşam arealında dəyişikliklərə başlamaq olar. Estetik islahatlarla kifayətlənməyin.
Ailə üzvlərinin qayğısına qalın.
Oxatan - yaradıcılıq impulsarı və enerji səviyyənizin yüksəlişini mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar.
Günün ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə nail olmaq mümkündür. Planlar və gözləntilərdə yeniliklər edin.
Axşam saatlarına yaxın spontan hadisələr yaşanacaq.
Oğlaq - maliyyə məsələlərində irəliləyişlər ola bilər. Başqalarının problemlərinin həllinə başlayaraq öz çətinliklərinizi unutmayın. Bir yerdəki sədləri aradan qaldıranda başqa yerdə maneələrin yarandığını nəzərdən qaçırmayın. Pulunuzun qədrini bilin. Kimsənin təsiri altına düşməyin.
Günün ikinci yarısında iş və istirahəti qarışdırmayın. Riskli əməliyyata qatılmayın, avantüralara aldanmayın. Bütün güc və vasitələrinizi əsas işə yönəldin. Uzun-uzadı mübahisələrlə müzakirələrdə iştirak etməyin.
Cari dəyişiklikləri axşam saatlarında müzakirə edin. Şəxsi münasibətlərdə qəfil dəyişikliklər ola bilər. Tanışlıq istisna deyil.
Dolça - günün ilk yarısında hadisələrin intensivliyi artacaq. Vəziyyətin məzmunu, aparıcı məqamları dəyişir. Yaşamınızda dəyişikliklər zamanıdır. Özünüzü və yaxın ətrafınızı ən önəmli məsələnin həllinə yönəltmək üçün qətiyyətli olmalısınız.
Günün ikinci yarısında gərginlik artacaq. Hisslər və münasibətlər üçün çox çətin zamandır. Münaqişə, etiraf, qarşıdurma baha başa gələ bilər. Mübhəm saxlamaq istədiyiniz sirr aşkarlanacaq. Maliyyə əməliyyatları, alış-veriş məsləhət deyil.
Axşam saatlarında informasiya ilə işləyin. Mütailə, yazışma, internetdə ünsiyyət üçün pis zaman deyil.
Balıqlar - hadisələr gözlənilən məcrada inkişaf edəcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin korlanmasına imkan verməmək üçün səbrli, təmkinli davranın. Situasiya gərginləşəcək. Ən kiçik səbəbdən, ilk baxışdan mənasız səbəbdən münaqişə yarana bilər. Planlarda və ya niyyətlərdə dəyişiklik etmək zamanıdır.
Günün ikinci yarısında kimlərsə və ya nələrsə sizi planlarınızda məhdudlaşdıra bilər. Mənfəətinizə təhdid yarada biləcək situasiyalarda diqqətli olun.
Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Milli.Az
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL