BİZ NƏ ÜÇÜN XƏSTƏLƏRƏ “ALLAH ŞƏFA VERSİN” DEYİRİK?
05-03-2021 [18:44]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Dilimizdə bir çox sözləri kütləvi baxımdan mexaniki şəkildə işlədib mənasını isə yaxşı bilmirik. Ağızdan aldığımız sözləri təkrar etməklə sözü yalnız bir mənada işlətdiyimizi zənn edirik. Ancaq o sözün dərin qatlarını, dilimizə hansə səbəbdən gəlib çıxdığını anlamırıq.
Bəzən bunu bilmədiyimiz üçün sözləəəri dddə öz yerinə uyğun işlədə bilmirik. Hətta İnanc və əxlaqla bağlı sözlərin bir qismini təhrif edir, yanlış davrana bilirik. Mənasını dərindən bilmədiyimiz söz və deyimlərdən biri də şəfa sözü və yaxud xəstə yanına gedəndə “Allah sənə şəfa versin!” deməyimizdir. Biz bu sözün dərinliyini yaxşı qavramadığımız üçün bu deyimi də adiləşdirmişik. Daha doğrusu dini inanca aid olan bu sözü öz əslindən çıxarmışıq. Yəni dindən çıxarıb adətə çevirmişik. Vərdiş etdiyimiz kəlamın dərinliyini bir qədər araşdırdıqda mühüm məqamlar ortaya çıxır.
Biz bi deyimi yaxşı anlamaq üçün öncə “şəfa” sözünün nə olduğunu yaxşı bilməliyik. Bu söz qarşımıza əsas etibarilə xəstəliklə bağlı anlayışlarda, tibbi terminologiyada daha çox çıxır. Şəfa, şəfqət və s. sözlükləri də elə xəstələrlə bağlı işlədirik. Bəs şəfa nə deməkdir. Şəfa sözü ərəb dil tərkibinə daxil olub dilimizdə doğmalaşan sözdür. Əsli şifa olub, lüğəvi mənası xəstəlikdən qurtulma, sağalma deməkdir.
Bu sözü anlamaq üçün öncə şəfa sözünü deyil, şəfi sözünü bilməmiz gərəkdir. Bəs şəfi sözü hansı mənanı ifadə edir? Şəfi sözünün lüğəvi izahı Uca Allahdan günahların bağışlanmasını xahiş edən, iltimas edən deməkdir. Bu baxımdan şəfa yalnız şəfi olanlara – peyğəmbər, övliya, alim, şəhid və saleh olan şəxslərə aiddir. Bir sözlə, “Şəfi” sözünün ərəbcədə olan əsas mənası günahkarın bağışlanması üçün vasitəçi olandır. Şəfa xəstəlikdən qurtulma, şəfaət bir günahkarın bağışlanması üçün vasitəçilik və iltimas deməkdir. Həzrəti Muhəmməd (SƏS) İslam ümmətinin günahlarından keçilməsi üçün Allahu-Təalaya üz tutan ən böyük şəfaətçi, övliyalar
isə daha aşağı dərəcələrə malik olan şəfaətçilərdir. “Rasulü Ekrem (SAS) bir kere şöyle buyurdu: – Allah (CC) kıyamet gününde Peygamberlere, sonra alimlere, sonra şehidlere şefaat izni verir” (Bax: Felahus Salihin (İlahi merhamet və hidayet). I cilt. İstanbul, 1995 (hazırlayanı İsmail Hakkı Akyol). Səh 442) və yaxud “Peygamberlerin, aleyhimüsselavatü vetteslimat” velilerin, alimlerin “rahime-hümullahü teala” şefaet edecekleri bildirilmişdir” (İmam Gazali. Kiyamet ve Ahiret. Hakikat kitabevi. İstanbul, 1999., səh 122).
Bütün xəstəliklərin günahlardan törədiyi inamına görə, Allaha yaxın olan bəndələr Allaha yalvarıb insanların günahından keçilməsini dilərlər. Dilərlər ki, günahından keçilən insan xəstəlikdən qurtulsun, yəni şəfa tapsın. Bu barədə məşhur İslam alimi İmam Qəzali yazır: “Rasülü Ekrem “Günahlardan öyleleri var ki, onları ancak geçim hususunda çekilen sıkıntılar yok eder” buyurmuştur” ( İmam Gazali. İhyaulumid-din. III cilt. Bedir Yayınevi, İstanbul, 1989., səh 66).
Eyni səhifədə başqa bir misal diqqəti cəlb edir: “Hz.Aişe”nin rivayetinde şöyle buyurulmuştur: “Kulun günahı çoğalıb da onu yok edecek emeli bulunmazsa, Allahu Teala ona sıkıntılar verir və günahlarına keffaret olur” denildi ki, kalbe girdiyi halda insanın bilmediği sıkıntı yaptığı günahın ve çekeceği azabın sıkıntısıdır” (yenə orada, s 66)
Xəstə ziyarətində ağzı dualı insanların söylədiyi “Allah sənə şəfa versin” alqışının el arasında kütləviləşməsi də sınama olaraq meydana gəlmiş eyni məna yükünü daşıyan anlamı ifadə edir.
Bəzi din mövzularında danışan bilgisiz insanlar şəfaəti inkar edir. Bunu onunla əsaslandırırlar ki, sən min bir günah edib, sonra bağışlanma nəticəsində xilas ola bilmərsən. Əslində bu fikirlərində haqlı, məsələyə münasibətdə isə yanlış yolu seçirlər. Çünki şəfaətçilikdə aydın bilinir ki, əvvəldə qeyd etdiyimiz kimi məhz xəstəlik günahların cəriməsidir. Günah etməyə çalışma ki, xəstəlik tapmayasan. Şəfaətçilər yalnız bağışlana biləcək günahlar üçün şəfaətçidirlər. Bağışlanmayacaq günahlar üçün şəfaətçi deyillər. Sən əziyyət çəkib nəfsinə cəbr etməlisən ki, günahların da bağışlansın. Demək şəfaətçilik əslində bizə sevgidən irəli gəlir, ancaq özümüz də bağışlanmağımız üçün günahlardan uzaq qaça bilməliyik.
Təsadüfi deyil ki, irfan yolçuları riyazət və təqva dövrünü keçir. Nəfsi təmizlənmə rühi müalicəyə səbəb olur. Riyazət dövrü əksər ixlas sahiblərində məhz 40 gün, 40 gecə götürülür. Özünü dünya nemətlərindən ayırıb, 40 gün, 40 gecə ibadətə çəkilən zahidlər nəfsin idarəsini, ruhun işıqlanmasını, bəsirət gözünün açılmasını, kəşfin və fəhmin aydınlığında doğru yolun tutulmasını və ən başlıcası da, xəlq olunmuşun xəlq edənə, məxluqun Xaliqə itaət və ibadətini irfan yolunun mərifət mərhələsinin əsası kimi götürmüşlər. Böyük alim, həkim və şair Şeyx Nizami də riyazət dövrünü 40 gün götürür və “Məxnəzül-əsrar” (Sirlər xəzinəsi) əsərində yazır:
“Öz cismini candan da təmiz (pak)” edərsən,
Onu qırx gün həbsdə saxlasan” (Bax: Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, Elm, 1981 (Filoloji tərcüməsi R. Əliyevindir)., səh 115)
Eyni zamanda elə eyni yerdə riyazətin üstünlüyü barədə şair-zahid heyrətamiz ifadələr işlədir:
“Ürəyin qədrini və canın rütbəsini dərk etmək,
Yalnız riyazət (mücahidlik) vasitəsilə olar.
Ünsürlərin gümüşünü riyazətə tapşır ki,
Riyazət onu təbii qızıla çevirsin.
Riyazət vasitəsilə (yüksək) bir məqama çatarsan,
Və son nakəslikdən insanlıq dərəcəsinə ucalarsan!”
Təsadüfi deyildir ki, professor Rüstəm Əliyev də yuxarıda göstərdiyimiz mənbənin şərh və izahlar bölməsində bu beytlərə belə izah verir: “Sən öz bədənini qırx gün riyazət ilə cürbəcür ehtiraslardan uzaqlaşdırıb, həbsdə saxlasan, onu dünyəvi çirkabdan təmizləyib ruhun mərkəzi olan qəlb və can kimi pak edə bilərsən” (səh 219).
Beləliklə biz “Allah sənə şəfa versin!” alqışı ilə xəstələrə günahlardan təmizlənmə diləyir, ruhunu və bədənini Uca Allahın buyurduğu kimi yaradılış mahiyyətinə uyğun idarə etməyi arzu edirik. Qalanı isə öz öhdəsinə düşür. Daha doğrusunu Uca Allah bilir
Mia.az
"Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar" - QHT rəhbərləri ABŞ dövlət katibinə müraciət edib
Quru xəbər, yalan vəd, yoxsa həqiqət? - İctimaiyyətə nə lazımdır...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Makron: "Biz Fələstini rəsmən tanıyacağıq"
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb- Ən çox bal toplayanlar kimlərdir?
Türkiyədə bir rus öldürüldü - İkisi isə həbs olundu (FOTOLAR)
DİM bu imtahanların nəticələrini elan edib
Lerikdə yanğın törədənlər saxlanılıb
İlham Əliyevin müraciəti BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayılıb
Simuzər Paşayeva vəzifədən çıxarılıb
Qarabağa səfərə gedənlərə çağırış edilib
Hərbi ekspert Müdafiə Nazirliyində vəzifəyə təyin olunub
Yezidə rəhmət oxutduran, yaxud... - Bakı su deyib imdad diləyir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran-Azərbaycan sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb
Abşeronda əməliyyat: iki nəfər saxlanıldı
İtaliyada "Qərbi Nil" virusu yayılıb
Baş Prokurorluqda kollegiya iclası - Kamran Əliyev tapşırıqlar verdi
Azercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
Fəxrəddin Pənahov sərəncama götürülüb - Baş prokuror əmr imzaladı
Türkiyə dünyanın diqqətini çəkən daha bir silahını nümayiş etdirdi - 10 km-dən PUA-ları "ovlayır"
TƏLƏBƏ TƏQAÜDLƏRİ ARTDI - Prezident sərəncam verdi + M\BLƏĞLƏR
Prezident təqaüdünün məbləği artırıldı - Fərman
"Sakaryaspor" 32 yaşlı futbolçu aldı
Paşinyan qızı ilə Moskvada - VİDEO
Qəzzada daha 23 fələstinli həlak olub
"Liverpul" Uqo Ekitikeni transfer etdi
"Əl Sədd" Roberto Firmino ilə müqavilə imzalayıb
Sabahın hava proqnozu açıqlanıb
Ağdaşda şok olay: ana oğlunun nişanlısının cehizini bəyənmədi və...
72 məhkəmədə 286 vakant vəzifə var - Məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi...
Zakir Həsənov İtaliya Baş Qərargah rəisini qəbul edib - Açıqlama
Həsənriz kəndinə növbəti köç olub
Okan Buruk: "Osimheni gözləyirik"
Konfrans Liqası: ötən gecə 6 matç oynanıb
Joze Mourinyo: "İnkişaf etməli olduğumuz sahələr var"
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
Mollanın “prodüsser”i, müğənninin meneceri, mətbuat katibinin katibəsi… - Təbriz VƏFALI YAZIR
Füzulidə dağlıq ərazidə yanğın... - Açıqlamalar (YENİLƏNİB)
Cüdoçularımızın ilk rəqibləri bəlli olub
Bakıda yeni metro stansiyalarının tikintisi başlayır - Xəritə
VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI SERBİYADA YAYINLANDI