Avropa çempionatı: Azərbaycan millisi Moldova yığmasını darmadağın etdi

img

04-03-2021 [20:39]


Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Məlumata görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşıb və rəqibini 5:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 7-ci dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi fərqi daha da artırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Amma rəqibin sevinci cəmi 1 dəqiqə çəkib. Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub.

Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Yunanıstanı qəbul edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA