Femenler olay yaratdı: “Həzrəti İsa adına abort”

img

21-12-2013 [12:39]




"FEMEN" qrupunun rəhbəri İnna Şevçenko, Katolik dünyasının abortla bağlı qatı fikirlərinə etiraz etmək üçün Vatikanın "San Pyer" meydanında yarımlüt aksiya keçirmək istəyib.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Şevşenko, "Həzrəti İsa adına abort" deyə qışqıraraq ətrafdakıların diqqətini cəlb etmək istəsə də, meydanda olan təhlükəsizlik qüvvələri ona mane olublar.

Qurşaqdan yuxarı lüt olan "FEMEN"-çi bədəninə "Abort" və "Milad Hayramı ləğv edildi" sözləri yazılıb. Polislər onu qalın geyimə sarıyaraq, meydandan çıxarıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA