Fətullah Gülənin vəkili həbslərdən danışdı

img

19-12-2013 [12:35]


Fəthullah Gülənin vəkili Orhan Erdemli mediada müvəkkili haqqında çıxan "hökumətə savaş açma" , "əməliyyat başlatma" , "çirkli oyunlar oynama" , " tələ qurma" kimi iddiaların pis niyyətli və xəyal məhsulu olduğunu ifadə edib. Erdemli deyib ki, möhtərəm Fəthullah Gülənin bu təhqiqatlarda ən kiçik bir maraq və məlumatı yoxdur. 

Türkiyə mediasının xəbərinə görə, Orhan Erdemli yazılı açıqlamasında bu ifadələrə yer verib:

"İstanbul prokurorluğu tərəfindən son iki gündə bəzi iş adamları, bürokratlar ilə siyasətçilərin yaxınları nəzarətə alınıb. Təhqiqata mövzu olan sui-istifadə , rüşvət və qaçaqçılıq iddiaları, hər ölkədə rast oluna bilən hadisələrdəndir. Məhkəmə orqanları və müstəqil mühakimə bunları istintaq və mühakimə etmək üçün vardır".

Vəkil bildirib ki, mediada yayılan xəbər və yazılarda onun müvəkkili Fəthullah Gülənə ağır ittihamlar yönəldilməsi böyük bir haqsızlıqdır: "Cəmiyyətdə müvəkkilim əleyhinə bir hiss meydana gətirməyə çalışan hüquqa zidd yazılar son dərəcə narahatedicidir. Bu cür ifadələr məhkəmə prosesini mənfi təsir edə bilər və ictimaiyyətin diqqətini istintaqdan və ittihamların məzmunundan uzaqlaşdırmağı qarşısına məqsəd qoymuşdur.

Müvəkkilim haqqında ortaya atılan iddialar qətiliklə əsassızdır".

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA