Gürcüstanda məktəb yaxınlığında partlayış oldu, 2 azərbaycanlı şagird yaralandı, biri vəfat etdi

img

01-03-2021 [16:35]


Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA