Xızıda "TIR" traktorla toqquşub, ölən  və xəsarət alanlar var

img

01-03-2021 [12:43]


Xızıda "TIR" traktorla toqquşub, ölən  və xəsarət alanlar var.

Hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb Belə ki, "TIR" yol kənarında dayanan traktora çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı traktorun sürücüsü, 1961-ci il təvəllüdlü Səfərov Həsənalı Səfər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "TIR"ın sürücüsü və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA