Keçmiş polis rəisi baş əməliyyat müvəkkili təyin olunub - DİN-də növbti dəyişiklik

img

01-03-2021 [11:10]


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Hüseynov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Hüseynov bu təyinata qədər Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA