SUSAN MƏRKƏZİ BANK, YIĞAN GÖMRÜK... - Komitə süni bahalaşmaya necə qapı açıb?
28-02-2021 [13:21]
Nemət ƏLİYEV,
İqtisadçı
***
Vergi ödəyicilərinin vergi yükü 39%, o cümlədən gömrük rüsumu 43% artıb.
Gecəsini gündüzə, gündüzünü də gecəyə qatıb dünyanın dörd bir yanından Azərbaycana mal gətirən sahibkarların, iş adamlarının, müəssisə və təşkilatların, sadə insanların gömrükdə dərisini soyublar. Dövlət Gömrük Komitəsinin topladığı vergilərin həcmi ilə idxal göstəriciləri arasındakı asılılığın təhlili belə nəticəyə gəlməyə əsas verir.
Faktiki bazar qiymətləri ilə 2019-cu ildə 13,7 milyard, 2020-ci ildə isə 10,7 milyard dollarlıq mal gətirilib Azərbaycana (bax: mənbə-1; mənbə-2). İdxal göstəricisi 2020-ci ildə 3 milyard dollar azalıb. Gömrük Komitəsinin topladığı vergilər (gömrük rüsumu+ƏDV+aksiz+yol vergisi) isə 2020-ci il ərzində 4,4 milyarddan 3,9 milyarda düşərək 500 milyon manat məbləğində azalıb (bax: mənbə-3; mənbə-4). İdxaldakı nominal azalmanın yığılan vergilərin azalması ilə müşayiət olunması dərhal gözə çarpdığına görə burada sanki hər şey qaydasında görsənir. Lakin bu, aldadıcı təəssüratdır. Əgər hər 1000 dollar idxal malına düşən vergiləri hesablayıb müqayisəyə çəksək, məlum olar ki, bu göstərici 2019-cu ildə 321 manat olduğu halda 2020-ci ildə 365,0 manat təşkil edib (4,4/13,7∙1000≈321; 3,9/10,7∙1000≈365). Yəni hər 1000 dollar idxal malından Gömrük Komitəsinin tutduğu vergi 2020-ci ildə orta hesabla 44 manat və ya 14% artıb.
Vergilərin bu dərəcədə artması, sözün həqiqi mənasında, heyrət doğurur. Düzün-dünyanın canı ilə əlləşdiyi bir vaxta, pandemiya-karantin səbəblərindən istehsalın və idxal-ixrac əməliyyatlarının kəskin ixtisar olunduğu bir ilə, əhali və sahibkar gəlirlərinin gözlə görüləcək dərəcədə azaldığı bir zəmanəyə təsadüf etdiyinə görə “Gömrük Komitəsinin qaz vurub, qazan doldurmaq "istedadı", görəsən, nəyin hesabına mümkün olub?” kimi suallar əsaslı şəkildə aktuallaşır. Dünya iqtisadiyyatı üçün çox ağır il sayılan 2020-ci ildə hər şeyin tənəzzül etdiyi bir dövrdə Gömrük Komitəsinin vergi yığımlarında əks-diametral trend nümayiş etdirməsi xeyli əlavə suallar oyadır. Lakin bu 14%-lik artım Komitənin ortaya qoyduğu nəticələrin hələ hamısı deyil. “1000 dollar idxala düşən vergi” göstəricisi müəyyən qədər aydınlıq yaratsa da, vergilərin nə dərəcədə artıb-azalması və vergi yükünün miqyası haqqında tam təəssürat yarada bilmir. Bu məsələyə əhatəli şəkildə aydınlıq gətirmək üçün idxalın fiziki həcmi ilə konkret vergi yığımları arasındakı əlaqəni nəzərdən keçirmək, analiz etmək gərəkdir.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlardan məlum olur ki, 2019-cu ilin qiymətləri ilə 2020-ci ildə 8,8 milyard dollar, 2019-cu ildə 13,7 milyard həcmində mal idxalı həyata keçirilib (bax: mənbə-5). Bu iki göstərici eyni qiymətlərlə hesablandığına görə aradakı fərq idxalın fiziki çəkisinin (kütləsi də demək olar) 2020-ci ildə necə dəyişməsini ifadə edir. Göstəricilərin müqayisəsi göstərir ki, idxal mallarının fiziki çəkisi 2020-ci ildə 36% və ya 5 milyard dollar dəyərində azalıb (8,8/13,7∙100-100≈-36%). İdxalın fiziki çəkisi bu dərəcədə azaldığına görə vergihesablama və vergitutma basası da bu dərəcədə daralmalı və Gömrük Komitəsinin 2020-ci ildə vergi yığım göstəricisi bu enmə tempinə uyğun şəkildə azalmalıydı ki, vergi ödəyicilərinin vergi yükü artmasın. Başqa sözlə desək, 2019-cu ildə 13,7 milyard dollarlıq idxal malından 4,4 milyard manat vergi yığan Gömrük Komitəsi 2020-ci ildə 8,8 milyard dollar ekvivalentində, yəni 2,8 milyard manat vergi toplamalı idi (4,4:13,7∙8,8 ≈2,8). Amma Komitə vergi ödəyicilərindən 2,8 milyard manat deyil, 3,9 milyard manat vergi tutub. Aradakı fərq 1,1 milyard manat və ya 39%-dir (3,9-2,8=1,1; 3,9/2,8∙100 ≈39%). Təsəvvür edirsinizmi, eyni həcmdə idxal malından Gömrük Komitəsi 2019-cu ildə 2,8 milyard manat, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub.
Oxuculara aydın olsun deyə, sadə nümunə çəkirəm: "1 ədəd maldan 2019-cu ildə 100 manat vergi alan Gömrük Komitəsi 1 ədəd maldan 2020-ci ildə 139 manat vergi alıb".
Gömrükdə bu şərtlərlə tutulan vergilər ümumi vergi yükünü 2020-ci ildə 39% və ya 1,1 milyard manat artırıb. Yüklü fərqdir! Var-yoxdan çıxaran artımdır! Öz təbii axarı ilə idxal mallarının 2-3% bahalaşa biləcəyini ehtimal etsək, bu, vergi yığımı nəticələrində ən yaxşı halda 100-120 milyon manat səviyyəsində artırıcı təsir yarada bilərdi. Gömrük Komitəsi isə 1,1 milyard manat və ya 39% yükartırıcı təsir yaradıb.
Bəs Gömrük Komitəsi bunu necə və nəyin hesabına edib?
Bu sualların cavabı faktiki bazar qiymətləri ilə hesablanmış idxal göstəricisinin mahiyyətində gizlənib. 2020-ci ilin idxal göstəricisi faktiki bazar qiymətləri ilə 10,7 milyard dollar, müqayisəli qiymətlərlə 8,8 milyard dollardır. Aradakı 2 milyarda yaxın fərq 2020-ci ildə idxal mallarının ümumi bahalaşma səviyyəsini göstərir. İri məbləğdən daha çox vergi hesablamağın mümkünlüyü əvvəlcədən bilindiyinə görə daha çox vergi yığmağa həvəsli olanlar müxtəlif yollarla bahalaşmaya süni nəfəs veriblər (bax: mənbə-6).
Hesablamalar göstərir ki, 1,1 milyard manatın 642 milyon manatı və ya 60 faizi (4,4/13,7∙2≈0,642 milyard manat; 0,642/1,1∙100≈60%) birbaşa bahalaşmanın təsiri ilə, qalan 40 faizi isə 2020-ci ildə fərqli vergi hesablama prosedurlarının tətbiqi ilə əlaqədar əmələ gəlib. Aydın olur ki, 2019-cu ilin sonlarından başlayaraq Nazirlər Kabinetinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələrində apardığı dəyişikliklər bəzi mallara “0” dərəcə ilə vergi hesablama güzəştləri nəzərdə tutsa da, nəticə etibarı ilə ümumi vergi dərəcələrinin yüksəlməsinə xidmət edib. Gömrük rüsumları ilə idxalın həcmi arasındakı asılılığın təhlili göstərir ki, hökumətin bu “yenilikləri” yalnız gömrük rüsumları üzrə vergi yükünə 300 milyon manat ölçüsündə və ya orta hesabla 43% artırıcı təsir göstərib.
Beləliklə, 2020-ci ilin vergiyığma siyasəti yekun etibarı ilə vergi yükünün 39% artması və Azərbaycana gətirilən malların 23%-ə yaxın bahalaşması ilə nəticələnib.
Ölkənin əmtəə bazarında böyük çəkiyə malik idxal mallarının bu dərəcədə bahalaşmasının digər malların, iş və xidmətlərin daxili bazar qiymətlərinə zəncirvari qaydada necə böyük impils verməsi təsəvvür ediləndir. Odur ki, bu gün daxili bazarlarda əhalini var-yoxdan çıxaran bahalaşmaya görə Gömrük Komitəsi və Nazirlər Kabineti birlikdə məsuliyyət daşıyır.
Ölkədaxili qiymətlərin ümumi sabitliyinə görə vəzifə məsuliyyəti daşıyan isə Mərkəzi Bankdır. Lakin bu Bank da daxili bazarlarda qiymətlərin kəllə-çarxa qalxmasına xidmət edən addım və qərarlara səsini çıxarmayıb, necə deyərlər “ac qulağım, dinc qulağım” zərb məsəlinə nöqtə-vergülünə qədər əməl edib.
Mənbə-1: https://customs.gov.az/.../FILE_52662D-C09A06-5A4C18... ;
Mənbə-2: https://customs.gov.az/.../FILE_384438-D492B7-78F6B0... ;
Mənbə-3: https://customs.gov.az/.../FILE_4A9D8C-5B4D1A-34831F... ;
Mənbə-4: https://customs.gov.az/.../FILE_E7B3B9-B46FB9-AA0331... ;
Mənbə-5: https://www.stat.gov.az/news/index.php?id=4810
Mənbə-6: https://www.facebook.com/nemat.aliyev.18/posts/4269933576356187
Mia.az
"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)
Gürcüstandan ABŞ-dakı tarixi anlaşmaya - Reaksiya
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
ATV-nin süjeti: "Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa..." - 70 şagirdə bildiriş gəldi, nazirlik isə sonradan... (VİDEO)
ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
Göyçayda zəlzələ oldu
"Hərdən deyirəm ki, kaş sənətə də gəlməzdim" - Afət Fərmanqızı
Paşinyan: "Artıq bir neçə aydır deyirəm ki..."
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Mehriban Əliyeva: "Sülh sazişi istiqamətində mühüm addım atılıb"
Azərbaycan nefti bahalaşdı
"Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız" - Əliyevlə Tramp arasında maraqlı dialoq + FOTOLAR
ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 17 nəfər öldürülüb
Ərdoğan: "Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçdi"
Prezidentin köməkçisi: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!"
Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO
Türkiyədə güclü yanğın: Çanaqqala boğazı bağlandı, universitet binası boşaldıldı - FOTOLAR
Qəzzada aclıq: daha 4 nəfər ölüb
ABŞ bu ölkə prezidentini narkobaron adlandırdı, başına 50 milyon dollar qoydu: "O, mütləq..."
İsrailin Brüsseldəki səfiri XİN-ə çağırılıb
Almaniya İsrailə silah ixracını dayandırıb - Kansler açıqladı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Bakıdan Tbilisiyə açıq dəstək: "Gürcüstanın suverenlik və ərazi bütövlüyü..."
Daşkəsəndə 30 yaşlı qadın baltalanıb (Yenilənib)
Kamran Əliyev vətəndaşları qəbul edib
Kolleclərə qəbulun nəticələri açıqlandı
Çində təbii fəlakət: 10 nəfər ölüb, 33 nəfər itkin düşüb
Güclü külək başlayacaq - Bu tarixdən
AZAL: "Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edilib"
"Trabzonspor" gənc oyunçu ilə 5 illik müqavilə imzalayıb
Nazım Sanqare "Gaziantep FK" ilə müqavilə imzaladı
"Vilyarreal" təcrübəli yarımmüdafiəçi ilə müqavilə imzalayıb
"Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi transfer edib
"Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam..." - Xalq artisti "Bundan sonra özüm üçün yaşayacağam" deyir
Danimarkada məktəbdə qan tökmək istəyən şagirdlər saxlanıldı
Sabahın hava proqnozu açıqlandı
Çağdaş Atan: "Növbəti mərhələyə yüksəlmək istəyirik"
Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, indi nə etməliyik?" - Müəllmlər şikayətlənir + VİDEO
Tammy Abraham: "Əlimdən gələni etməyə çalışıram"
Ole Qunnar Solskjaer: "Qazandığımız üçün xoşbəxtəm"