Ermənistan prezidenti Paşinyanın qərarını rədd etdi - Baş qərargah rəisi vəzifədə saxlanıldı

img

27-02-2021 [18:28]


Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.

Məlumata görə, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. 

Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə netrallığını qorumalıdırlar/Report.

Xatırladaq ki, Onik Qasparyan Paşinyanı istefaya çağıran bəyanat vermişdi. Məhz bundan  sonra Paşinyan hərbçilərin çevriliş hazırlığında olduğunu bəyan edərək, onu istefa göndərmiş, eyni zamanda, tərəfdarlarını meydana çıxarmışdı. O, hətta meydandan Prezidentdən Baş Qərargah rəisi ilə bağlı qərarınıı dərhal təsdiqləməyi tələb etmişdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:59 21.04.2021

Rusiya ABŞ-a nota verib