"Azercell" yeni internet paketi təqdim edir

img

26-02-2021 [17:51]


Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC dünyada 800 milyondan çox istifadəçinin rəğbətini qazanan “TikTok” sosial şəbəkəsinin pərəstişkarlarını sevindirir. Mobil operator son zamanlar sosial mediada rezonans yaradan TikTok üçün xüsusi internet paketi istifadəyə verir.

Mia.az xəbər verir ki, fevral ayının 23-dən mart ayının 31-dək yeni paket çərçivəsində 1GB həcmində interneti cəmi 2 manata təklif edən “Azercell”, gənc nəslin sevimlisi olan “TikTok” tətbiqini müştəriləri üçün daha da əlçatan edir.

Populyar musiqi və filtrlərdən istifadə edərək qısa videolar yaratmağa və paylaşmağa imkan verən “TikTok”dan endirimli qiymətlərlə yararlanmaq üçün “T” açar sözünü “2525” qısa nömrəsinə göndərmək kifayətdir.

Qeyd edək ki, “TikTok internet paketi”ni yalnız “Azercell”in aylıq internet paketlərinə abunə olan müştərilər sifariş edə bilər.

“Azercell”in aylıq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html, “TikTok internet paketi” haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/tiktok-data-pack.html səhifəsinə keçid etməyiniz xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR