Azərbaycan və Gürcüstanın İmtahan mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb

img

26-02-2021 [18:02]


Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi və Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.

Onlayn formatda keçirilən məsarimdə sənədi NAEC-in direktoru Sofio Qorqodze və DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imzalayıblar.

İki qurum arasında əməkdaşlığın məqsədi Azərbaycan və gürcü dili üzrə biliklərin qiymətləndirilməsi üçün alətlərin işlənib hazırlanmasıdır.

NAEC və DİM arasında əməkdaşlığın əsası ötən ilin yazında qoyulub və müddəti bir il uzadılıb.

Memoranduma əsasən, DİM Gürcüstanın azərbaycandilli məktəblərinin Azərbaycan dili müəllimlərinin bacarıqları üzrə testlərin aparılması üçün tapşırıq bankının hazırlanması ilə bağlı NAEC-ə dəstək olur. Milli Mərkəz öz növbəsində Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblərdə gürcü dili üzrə keçirilən test imatahanlarına daxil edilən tapşırıqları nəzərdən keçirir və dəqiqləşdirmə aparır.

Əməkdaşlığın növbəti mərhələsində iki dövlət idarəsi digər layihələrin reallaşdırılması və əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tuturlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR