Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra tutulub

img

25-02-2021 [12:30]


Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31.08.2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA