Özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edən şəxs saxlanıldı - Təfərrüat
24-02-2021 [16:39]
Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, belə tədbirlərdən biri kimi, Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:
"Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Süleyman Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.
24 fevral 2021-ci il tarixdə Süleyman Cəfərova Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş