Nazirlikdən dərslərlə bağlı açıqlama: "Məktəblərdə davamiyyət çox aşağı düşüb"

img

24-02-2021 [10:50]


Qarlı hava şəraiti məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib. Belə ki, məktəblərdə davamiyyət çox aşağı düşüb.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, ümumi nəticələrlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, paytaxtda yerləşən bir çox məktəblərdə tədris təxirə salınıb. Əlverişsiz hava şəraiti sabaha qədər davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA