Bakıya qar yağır - Yollara duz və kimyəvi maddələr səpilib

img

24-02-2021 [10:30]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib.

İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır.

Qeyd olunub ki, Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-ı həcmindədir:

“Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdır və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.

Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmaı qətiyyən tövsiyə edilmir: “Bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA